Noyabrın 20-də Ağdərənin Vəngli və Həsənriz kəndlərinə növbəti köç yola salınıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 4 ailə - 11 nəfər, Həsənriz kəndinə 23 ailə - 93 nəfər köçürülür.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
"Cebheinfo.az"