AZ

Gürcüstanda bütün seçkilərdə səsvermə ölkə daxilində keçiriləcək

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

Gürcüstanda parlament seçkiləri ilə yanaşı plebisit və referendum üzrə səsvermə də dövlət sərhədləri daxilində keçiriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı ölkənin Seçki Məcəlləsinə təklif olunan düzəlişlərin parlamentdə müzakirəsinə başlanılıb.

Layihəyə əsasən, məcəllədə “bütün Gürcüstan ərazisində” frazası “Gürcüstanın dövlət sərhədləri daxilində” sözləri ilə əvəzlənəcək.

Qanun layihəsində qeyd olunub ki, Gürcüstan vətəndaşları parlament seçkiləri, plebisit və refendumda ölkə hüdudlarından kənarda səsvermə hüquqlarından istifadə edə bilməyəcəklər.

Səsvermə qaydalarının dəyişdirilməsinin məqsədi mühacirlərin Gürcüstandakı siyasi proseslərdə daha fəal iştirakını və kənar təsirlər olmadan seçim etmələrini təmin etmək məqsədi daşıyır.

Parlament sədri Şalva Papuaşvili bildirib ki, düzəlişlər mahiyyətcə texniki xarakter daşısa da, seçki prosesinin normativ bazasını əhəmiyyətli dərəcədə təkmilləşdirəcək.

Qeyd edək ki, Gürcüstanda qüvvədə olan Seçki Məcəlləsi 2011-ci ildə qəbul olunub. Məcəlləyə düzəlişlərin bu ilin sonuna qədər ediləcəyi planlaşdırılır.

Bu vaxta qədər Gürcüstanda yalnız bələdiyyə seçkiləri üzrə səsvermə prosesi ölkə daxilində təşkil olunurdu.

Gürcüstanda növbəti parlament seçkiləri 2028-ci ilin oktyabrında keçiriləcək.

Qonşu ölkədə sonuncu birbaşa prezident seçkiləri 2018-ci ildə baş tutub. Gürcüstanın parlament idarəetmə formasına keçməsindən sonra dövlət başçısı 300 nəfərdən ibarət Seçicilər Kollegiyası tərəfindən seçilir. Hazırkı Prezident Mixeil Kavelaşvili ötən ilin dekabrında məhz bu yolla növbəti beş il müddətinə dövlət başçısı vəzifəsinə seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
3
icma.az

4Mənbələr