AZ

Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı klub prezidentləri və hakimlərə qarşı əməliyyat keçiriləcək

İstanbul şəhərinin Baş prokuroru Akın Gürlek futbolda mərc oyunları ilə bağlı aparılan istintaqa münasibət bildirib...

APA NTV-yə istinadən xəbər verir ki, bu günə kimi 6 hakim, bir klub prezidenti və bir jurnalist saxlanılıb, istintaqa futbolçular da cəlb olunub.

Baş prokurorun sözlərinə görə, onların apardığı araşdırma ilə Türkiyə Futbol Federasiyasının araşdırması fərqlidir: “Peşəkar Futbol İntizam Qurumu tərəfindən cəzalandırılmış futbolçularla bağlı araşdırmanın başlanmasından söhbət gedə bilməz. Bunun üçün məhkəmə araşdırması tələb olunmur. Bu barədə bizə məlumat verirlər, biz də lazımi tədbirləri görürük. Bu mövzuda məlumat çatışmazlığı var. Əvvəlcə federasiya rəhbərliyi hakimi cəzalandırır, sonra bizə məlumat verir".

Akın Gürlek qeyd edib ki, UEFA və İnterpolla anlaşmaları var: “Onlar bizə siyahı göndərəcəklər. Yaxın günlərdə daha bir əməliyyat keçirə bilərik. Biz istəyirik ki, futbol təmizlənsin. İstintaqı başa çatdıracağıq. Əməliyyatlarda təkcə hakimləri deyil, klub prezidentlərini də görəcəksiniz”.

Baş prokuror əlavə edib ki, Türkiyədə mərc oyunlarının böyük əksəriyyəti xaricdəki qeyri-qanuni saytlarda baş verir.

Poliqon.info

Seçilən
8
6
poliqon.info

7Mənbələr