ain.az bildirir, Apa.az portalına istinadən.
ABŞ tərəfindən hazırlanmış yeni “sülh planına” əsasən, Ukrayna Donbası Rusiyaya icarəyə verməli olacaq.
APA xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Planın şərtlərinə görə, Kiyev nəzarəti Rusiyaya təhvil verəcək, lakin ərazi üzərində hüququnu özündə saxlayacaq. Mənbələr bildirir ki, Rusiya tərəfindən ödəniləcək icarə haqqının məbləği açıqlanmayıb.
Plan əsasən, Ukrayna Silahlı Qüvvələrinin sayı yarıya qədər azaldılacaq, xarici qoşunların ölkəyə gətirilməsi qadağan olunacaq, ABŞ-ın yardımı dayandırılacaq, uzaqmənzilli silahlardan imtina olunacaq, ələ keçirilmiş ərazilərdə rus dili dövlət dili statusu alacaq, rus Pravoslav Kilsəsi isə rəsmi statusa malik olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.