AZ

ABŞ Dövlət Departamentinin müşaviri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycana səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Allison Huker Şəhidlər xiyabanını ziyarət edib.

“İki sahil” ABŞ-ın ölkəmizdəki səfirliyinə istinadla xəbər verir ki, xanım Allison Huker Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər güllər düzüb.

Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri dəyərlərini müdafiə edərək şəhid olan bütün insanları xatırlayıb, münaqişə nəticəsində sevdiklərini itirmiş ailələrə və dostlara dərin hüznlə başsağlığı verib.

Seçilən
12
3
ikisahil.az

4Mənbələr