AZ

Pezeşkian: "Paytaxtın köçürülməsi seçim deyil, zərurətdir"

Hurriyyet.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bu gün Qəzvin şəhərindəki çıxışı zamanı paytaxtın Tehran şəhərindən köçürülməsinin artıq seçim yox, zərurət olduğunu bəyan edib.

Pezeşkian deyib: "Biz paytaxtın köçürülməsinin zəruriliyindən danışarkən yetərincə büdcəmiz də yox idi. Maddi imkanımız olsaydı, bəlkə də artıq layihəni həyata keçirmiş olardıq".

İran Prezidenti deyib: "Əslində başqa seçimimiz yoxdur - bu, zərurətdir. Bu bölgədə əhalinin sayını və tikintini həcmini daha artıra bilmərik. Biz onu inkişaf etdirə bilərik. Amma su problemini həll edə bilmərik".

Pezeşkyan qeyd edib ki, İran körfəzindən Tehrana su çatdırmaq mümkün olsa da, hər kubmetr suyun qiyməti çox baha başa gələcək.

İran prezidenti ölkənin gələcək inkişafı üçün birdəfəlik yeni, elmi və hərtərəfli bir planın hazırlanmasının vacibliyini vurğulayıb.

Hürr Tərcüman

Seçilən
21
hurriyyet.az

1Mənbələr