AZ

Su problemini həll edə bilmirik, paytaxt dəyişməlidir – Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian paytaxtın dəyişməsinin vacibliyini vurğulayıb.

KONKRET.az xəbər verir ki, Pezeşkian Qəzvində çıxışı zamanı bildirib:

“Paytaxtın köçürülməsi zərurətini müzakirə edərkən, hətta kifayət qədər büdcəmiz belə yox idi. Əgər olsaydı, layihə artıq həyata keçirilərdi. Əslində, artıq seçimimiz yoxdur, bu, zərurətdir. Bu bölgədə əhalinin və tikintinin sayını artırmağa davam edə bilmərik. Su probleminin həlli də mümkün deyil”, – Pezeşkian vurğulayıb.

Pezeşkian qeyd edib ki, Fars körfəzindən Tehrana su nəql etmək mümkün olsa da, suyun hər kubmetri çox baha başa gələcək.

İran Prezidenti ölkənin gələcək inkişafı üçün birdəfəlik yeni, elmi və əhatəli bir plan hazırlamağın vacibliyini diqqətə çatdırıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
15
1
konkret.az

2Mənbələr