AZ

"Hər il ölkədə 200 nəfərin sümük iliyi transplantasiyasına ehtiyacı olur"

Azərbaycanda hər il təxminən 150–200 nəfərin sümük iliyi transplantasiyasına ehtiyacı yaranır.

Teleqraf xəbər verir ki, bunu Yeni Klinikanın direktoru Barat Yusubov brifinqdə deyib.

O bildirib ki, bu ehtiyacın bir hissəsi uzun illər xaricdə qarşılanıb. "Yeni Klinikanın tərkibində fəaliyyət göstərəcək Sümük İliyi Transplantasiyası Mərkəzi həm allogen, həm də autoloji transplantasiyaların ölkə daxilində həyata keçirilməsinə imkan verəcək. Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksək səviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq", - o əlavə edib. B.Yusubov qeyd edib ki, bu günə qədər belə bir mərkəzin açılmamasına səbəb həm maliyyənin olmaması, həm də mütəxəssis çatışmazlığı idi.

Seçilən
36
teleqraf.com

1Mənbələr