Ötən gün mediada 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətil olacağı barədə məlumat yayılıb. Məlumat sürətlə yayılsa da, bununla bağlı Nazirlər Kabinetinin (NK) hər hansı rəsmi açıqlaması yoxdur.
Redaktor.az xəbər verir ki, "Qafqazinfo" məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, mətbuatda yayılan 1 həftəlik tətillə bağlı hazırda müvafiq Qərar yoxdur.
Xatırladaq ki, yayılan məlumatlarda tətilin 2025-ci ilin 29-31 dekabr və 2026-cı ilin 1-4 yanvar tarixlərini əhatə etdiyi bildirilir.