AZ

Avropa İttifaqı Trampın “sülh planı”na qarşı çıxdı Kaya Kallasdan sərt bəyanat

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

“Ukrayna və Avropa dəstəkləməsə, heç bir “sülh planı” işləməyəcək”

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin Ukrayna müharibəsi ilə bağlı açıqlanan “sülh planı”na münasibət bildirib.

“Newsweek” jurnalı yazır ki, Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşünü açan Kallas uzunmüddətli və ədalətli sülhün vacibliyini vurğulayıb və bu istiqamətdə atılan addımları alqışlayıb.

Kallasın sözlərinə görə, hər hansı razılaşmanın uğurlu olması üçün həm ukraynalıların, həm də avropalıların dəstəyi vacibdir: “Aydındır ki, istənilən planın işləməsi üçün ukraynalılar və avropalılar onun arxasında dayanmalıdır”.

Aİ rəsmisi bir daha xatırladıb ki, münaqişədə “bir aqressor və bir qurban var” və Rusiyanın geri çəkilməyə hazır olduğuna dair heç bir əlamət yoxdur: “Əgər Rusiya həqiqətən sülh istəyirdisə, şərtsiz atəşkəsə çoxdan razılıq verə bilərdi. Amma bu gecə də mülki əhali bombalanır”.

Kallasın sözlərinə görə, Aİ ABŞ-nin hazırladığı plana cəlb edilməyib: “Bildiyimə görə, yox.”

Plan gün ərzində Aİ ölkələrinin xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq.

Mediaya sızan məlumatlara əsasən, plan bir sıra mühüm şərtləri əhatə edir:

Ukrayna ordusunun bütün Donbasdan çıxarılması,

Ukrayna Silahlı Qüvvələrinin sayının və döyüş qabiliyyətinin azaldılması,

Rusiya qoşunlarının Zaporojye və Xerson vilayətlərində işğal etdiyi ərazilərin bir hissəsini geri qaytarması,

Ukraynanın NATO-ya üzvlük tələbindən və sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyasından imtina etməsi, bunun müqabilində Rusiyanın Ukraynaya və digər Avropa ölkələrinə hücum etməyəcəyinə dair qanunvericiliklə təsbit edilmiş öhdəlik götürməsi.

Aİ rəsmilərinin fikrincə, plan Ukraynanın təhlükəsizlik maraqlarına uyğun gəlmədiyi üçün ciddi etiraz doğurub və Avropa paytaxtlarında gərgin müzakirələrə səbəb olub.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
azpolitika.info

1Mənbələr