AZ

Ruandalı nazir Azərbaycanın Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə tanış olub

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı – ITU WTDC çərçivəsində Ruandanın informasiya və kommunikasiya texnologiyaları və innovasiya naziri və bir sıra rəsmi nümayəndə heyəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı qonaqlara Azərbaycanın kosmik imkanları barədə geniş təqdimat edilib. Həmçinin “Azərkosmos”un telekommunikasiya peykləri, Yerin məsafədən müşahidəsi və Coğrafi İnformasiya Sistemləri üzrə xidmətləri, rəqəmsal məhsullar və həllər haqqında ətraflı məlumat verilib.

Tərəflər “Azərkosmos”un Afrika regionunda 10 illik fəaliyyətini, qitədə həyata keçirilmiş layihələr və əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.

Səfər beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və yeni birgə təşəbbüslərin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
3
azertag.az

6Mənbələr