AZ

Son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən “CloudFlare” kimi trafikin xaricə daşınması halı dayandırılıb - XRİTDX

Bakı.Trend:

Proxima kimi böyük potensiala malik olan şirkətlər qarşılarınaqoyacaqları məqsədlərdən biri də məhz yerli məhsulların yaradılmasıilə rəqəmsal süverenliyimizə dəstək olmasıdır.

Trend xəbərverir ki, bu fikirləri bu gün “Kibertəhlükəsizlik Günü” tədbirindəXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin başidarə rəisinin müavini Tural Məmmədov deyib.

O, qeyd edib ki, bu həmdə ölkə Prezidentinin İnformasiyaTəhlükəsizliyi ilə bağlı imzaladığı Strategiya ilə də qarşımızaqoyduğu əsas tapşırıqlardan biridir.

“Yerli məhsulların yaradılması və rəqəmsal süverenliyinvacibliyini 2 gün öncəki insidentdən də hiss eledik. 9000-dən çoxölkə saytının fəaliyyətinin dayanmasına bir “Cloudflare” məsələsikimi baxmaq yalnış olardı. Bu xüsusən də özəl sektorun xaricdənasılılığına bariz nümunə idi”.

T.Məmmədov bildirib ki, fəaliyyəti dayanan resursların içindəmedia resurslarının da xüsusi çəkisinin olması bizi informasiyamüharibəsinə hazırlıq səviyyəmizi də diqqətdə saxlamalı olduğumuzabir işarədir.

“Aydındır ki, lokal mühafizə həlləri ucuz başa gəlmir. Lakindövlətimizin apardığı uğurlu siyasətin davamı olaraq bizim dəhəyata keçirdiyimiz informasiya təhlükəsizliyi siyasətində lokalhəllərə üstünlük vermək və mühafizəni maksimal şəkildə lokal təminetmək bizim prioritet istiqamətlərimizdəndir”.

O qeyd edib ki, son 3 ildə bir sıra dövlət qurumlarında istifadəedilən “CloudFlare” kimi trafikin xaricə daşınması halıtərəfimizdən dayandırılıb və mühafizəsi AzStateNet üzərindən təminedilib.

“Ümumilikdə isə son 3 ildə 457 dövlət obyektinin şəbəkə təminatıAzstateNet üzərinə keçirilərək lokal mühafizəsi təmin olunub.Həyata keçirdiyimiz sözügedən mühafizə siyasəti sadəcə internetinformasiya ehtiyatları ilə bağlı deyil, bu yanaşma eyni zamandaxüsusi dövlət rabitəsində də şamil olunur. Belə ki, bugün qlobalinternetə çıxışda ölkəmizdə problem yaşamış olsa əgər bütün dövlətinformasiya ehtiyatları lokal olaraq fəaliyyətlərini davametdirəcək”.

T.Məmmədov deyib ki, bütün güc strukturlarını və kritikinfrastrukturları təmin etdiyimiz xüsusi radiorabitə vasitələrimizheç bir mobil şəbəkədən asılı olmadan tam funksional bütün ölkəərazində fəaliyyət göstərməkdədir.

“Bununla yanaşı dövlət qurumlarına verdiyimiz TİMS tətbiqi də“Whatsapp” kimi aplikasiyalara alternativ kimi dövlət qurumlarındaaktiv istifadə olunmaqda və xarici asılılığı minimumaendirməkdədir. Təbii ki, sadaladıqlarım həm görülən işlərin birqismi, həm də hələdə görülməsi lazım olacaq işlərin çox az birhissəsidir. Buradan bir daha bildirmək istəyirəm ki, yerlişirkətlərin inkişafı sadəcə onlara təsir etmir, bu həm ekosistemininkişafına təkan verir, eləcə də bizim də dövlət qurumlarınıntəhlükəsizliyi üçün atacağımız bütün addımlara dolayı yolla böyüktəsir göstərir”,- deyə Tural Məmmədov əlavə edib.

Seçilən
6
az.trend.az

1Mənbələr