AZ

Bakıda nəqliyyat vasitələri qaçıran şəxslər saxlanıldı

BAKI, 20 noyabr. TELEQRAF

Paytaxtın Suraxanı rayonunda bir nəfərə məxsus “Daewoo” markalı avtomobilin naməlum şəraitdə qaçırılması barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən bir A.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonunda isə “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən üç nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
56
2
teleqraf.com

6Mənbələr