AZ

Xidmət: Qlobal internetdə kəsintilər Azərbaycanda dövlət informasiya ehtiyatlarına təsir edə bilməz

Son üç ildə Azərbaycanda 457-dən çox dövlət qurumunun şəbəkə təhlükəsizliyi Azstate şəbəkəsinə keçirilməklə onların lokal mühafizəsi təmin olunub.

Banker.az  xəbər verir ki, bunu Bakıda kibertəhlükəsizlik mövzusunda keçirilən tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycanın bu lokal mühafizə siyasəti təkcə internet resursları ilə məhdudlaşmır: “Bu, xidmətimizin göstərdiyi xüsusi rabitə və dövlət rabitəsi xidmətlərinə də şamil olunur. Bu gün qlobal internetlə bağlı hansısa ara bağlantı kəsintisi baş versə belə, ölkəmizdə bütün dövlət informasiya ehtiyatlarının fəaliyyəti tam şəkildə təmin olunacaq. Bu, həmçinin xüsusi rabitə vasitələrinə də aiddir. Güc strukturlarına və kritik infrastruktur qurumlarına təqdim edilən xüsusi rabitə və radio-rabitə xidmətləri heç bir mobil şəbəkədən asılı deyil və lokal olaraq fəaliyyət göstərir. Bundan əlavə, dövlət qurumlarında tətbiq etdiyimiz Teams platforması WhatsApp-a alternativ lokal həll kimi xarici asılılığımızı minimuma endirən vasitələrdən biridir”.

MənbəAPA
Seçilən
2
12
banker.az

10Mənbələr