AZ

Millimiz Yaponiyaya təlim-məşq toplanışına yollanıb

Cüdo üzrə Azərbaycan millisi Yaponiyaya təlim-məşq toplanışına yollanıb.

Apasport.az xəbər verir ki, kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və məşqçi Kotaro Sasakinin rəhbərliyi altında Tokay Universitetində keçirilən toplanışa 10 idmançı cəlb olunub. Düşərgədə millinin üzvləri texniki və taktiki elementlər üzərində çalışırlar.

Qarşıdakı yarışlara hazırlıq və beynəlxalq təcrübənin artırılması məqsədi daşıyan toplanış noyabrın 29-da başa çatacaq.

Qeyd edək ki, düşərgədə Azərbaycanla yanaşı, Yaponiya, Rusiya və Danimarka yığmaları da iştirak edir.

Cüdo üzrə Bakı birinciliyinə start verilib - FOTO

Cüdoçumuz Zaqreb Qran-Prisində bürünc medal qazanıb

Böyüklər arasında Bakı şəhər çempionatı başa çatıb

Zaqreb Qran-Prisində cüdoçularımızın ilk rəqibləri bəlli olub

Azərbaycan millisi Polşa ilə yoldaşlıq görüşü keçirəcək

Seçilən
1
4
apasport.az

7Mənbələr