AZ

Ayan efirdə AĞLADI: Özgə qismətisən, sevməməli idim VİDEO

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Canlı efirdə qonaq olan müğənni Ayan Babakişiyeva duyğusal anlar yaşayıb.

Milli.Az-ın məlumatına görə, səhnə ifaçısı yeni mahnısını təqdim edərkən göz yaşlarını saxlaya bilməyib. O, çıxışı zamanı həyat təcrübələrindən danışaraq bildirib ki, hər bir insanın həyatına daxil olanlar ona bir dərs verir - istər yaxşı, istərsə də pis.

Ayan qeyd edib ki, səhv etmək insanın inkişafının təbii hissəsidir: "Heç kəs qüsursuz deyil. Əgər səhv etmirsənsə, həyatda irəli getmirsən. Özünü olduğundan başqa göstərmək isə sadəcə bir maskadır".

Müğənninin bu sözləri və göz yaşları sosial şəbəkələrdə də diqqət çəkib.

Hüseyn

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
5
news.milli.az

6Mənbələr