Vətəninfo.az xəbər verir ki, dünən Rusiyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nümayəndəliyi Qərbin İranın nüvə proqramına qarşı yanaşmasını tənqid edərək, bunun zərərli təsir göstərdiyini açıqlayıb.
Bildirilib ki, İran və AEBA arasında əməkdaşlığın davam etdirilməsi üçün çətin şəraitə baxmayaraq, ümumi əsaslar mövcuddur. İran ABŞ-nin hücum etmədiyi nüvə obyektlərinə agentliyin müfəttişlərinə giriş icazəsi verib.
Rusiya nümayəndəliyi, habelə, Avropa ölkələrinin İrana qarşı siyasətini və İdarə Heyətindəki qərarları “zərərli məqsədlər” ilə həyata keçirdiklərini vurğulayıb, bu yanaşmanın müsbət nəticələrə gətirib çıxarmayacağına toxunub.