AZ

Məşhur reper 15 yaşlı qızın qətlində şübhəli bilinir

Yazını böyüt
Yazını kiçilt

ABŞ-də 20 yaşlı məşhur müğənni D4vd (Devid Entoni Börk) qastrol səfərində olarkən avtomobilində bir il əvvəl itkin düşən qızın qalıqları tapılıb.

Hafta.az xəbər verir ki, hazırda ifaçı 15 yaşlı Selesta Rivasın qətli ilə bağlı başlıca şübhəli kimi göstərilir.

Polis nümayəndələrinin sözlərinə görə, Börk hadisədə və meyitin gizlədilməsi ilə bağlı hissəsində də iştirak etməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanları reperin hələlik istintaqla əməkdaşlıq etmədiyini bildiriblər.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aprel 2024-cü ildə Selesta Rivasın Leyk-Elsinor şəhərində itkin düşməsi ilə başlayıb. Onun cəsədi yalnız 8 sentyabrda, Los-Ancelesdəki cərimə dayanacağında aşkarlanıb. Dayanacaq əməkdaşları qara “Tesla”dan gələn kəskin qoxuya görə polisə xəbər veriblər.

Məhkəmə-tibbi ekspertiza cəsədin avtomobildə uzun müddət qaldığını təsdiqləyib. Ailəsi bildirib ki, Selesta reperi tanıyıb və itkin düşməzdən əvvəl onunla görüşə gedirmiş.

Hadisədən sonra D4vd bütün konsertlərini və turunu ləğv edib. Polis həm reperin, həm də onun menecerinin yaşadığı evdə axtarış aparıb. Araşdırma davam edir və Selesta Rivasın ölümü qətl kimi qiymətləndirilir.

Seçilən
8
2
hafta.az

10Mənbələr