AZ

Vaşinqtonda Trampın impiçmenti tələbi ilə kütləvi etirazlar keçirilir

BAKI, 20 noyabr. TELEQRAF

ABŞ-nin paytaxtı Vaşinqtonda “Rejimin aradan qaldırılması” adı ilə genişmiqyaslı etiraz aksiyası başlayıb. Minlərlə insan Prezident Donald Trampın impiçment edilərək vəzifədən uzaqlaşdırılmasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə “Ahiοs” məlumat yayıb.

Aksiyanın keçirilməsi ABŞ-də bu il baş verən çoxsaylı etirazların davamı kimi qiymətləndirilir. Məlumata görə, ölkədə 2024-cü il nümayişlərin sayına görə rekord il kimi xarakterizə olunur.

Vaşinqtondakı etirazlar ölkənin müxtəlif ştatlarında təşkil edilən daha geniş protest hərəkatlarının fonunda baş verir. Təkcə ötən ay hökumətin uzun müddətli fəaliyyət dayanmasından sonra keçirilən “Kral yoxdur” yürüşlərinə 7 milyondan çox amerikalı qoşulub. Yeni aksiyanın təşkilatçıları bildirirlər ki, paytaxtdakı etiraz xüsusi əhəmiyyət daşıyır, çünki “birbaşa prezidentin pəncərələri qarşısında baş verir”.

Seçilən
27
teleqraf.com

1Mənbələr