AZ

Tramp: Epşteyn işi Klintonla bağlı gizli faktları göstərəcək

BAKI, 20 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ceffri Epşteynlə bağlı materiallar dərc edildikdən sonra sabiq prezident Bill Klinton və digər demokratlarla bağlı yeni faktlar ortaya çıxacaq.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.

Onun sözlərinə görə, Epşteyn Demokrat Partiyasını dəstəkləyib və partiyanın tanınmış simaları ilə yaxın əlaqələri olub: “O, bir çox məşhur demokratlarla, o cümlədən təyyarəsi ilə 26 dəfə səfər etmiş Bill Klintonla dərin əlaqələrə malik idi”.

Tramp əlavə edib ki, Epşteyn Demokrat Partiyasının bir sıra seçki kampaniyalarına, o cümlədən Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffrisə maliyyə dəstəyi verib.

“Yaxın zamanda bu demokratlar və onların Ceffri Epşteynlə əlaqələri barədə həqiqət üzə çıxa bilər”, - ABŞ Prezidenti vurğulayıb.

Seçilən
22
teleqraf.com

1Mənbələr