AZ

Putin tapşırıq verdi, süni intellekt üçün qərargah yaradılır

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin ölkədə generativ süni intellektin tətbiqi üzrə milli plan hazırlanması və qərargah yaradılması barədə tapşırıq verib.

Axar.az xəbər verir ki, Putin süni intellekt texnologiyalarının inkişafının inzibati əlaqələndirilmə və dəqiq idarəetmə tələb etdiyini bildirib.

Onun sözlərinə görə, yaradılacaq qərargah süni intellekt sahəsində fəaliyyətin dövlət səviyyəsində əlaqələndirilməsini təmin edəcək.

Putin vurğulayıb ki, bəzi ölkələrdə süni intellektin həddindən artıq tənzimlənməsi innovasiyaların ləngiməsinə gətirib çıxarıb və Rusiya bu səhvləri təkrarlamamalıdır. O qeyd edib ki, dövlət idarəçiliyi və güc strukturları kimi bəzi sahələrdə Rusiya yalnız öz milli texnoloji həllərinə əsaslanmalıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
5
axar.az

6Mənbələr