AZ

Tramp Ağ Evdə Nyu-Yorkun yeni seçilmiş meri Zohran Mamdani ilə görüşəcək

Vaşinqton, 20 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp noyabrın 21-də Ağ Evdə Nyu-York şəhərinin yeni seçilmiş meri Zohran Mamdani ilə görüşəcək.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

O, görüşün qarşı tərəfin müraciəti ilə baş tutacağını deyib.

Görüşün digər detalları açıqlanmayıb.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
45
6
azertag.az

10Mənbələr