AZ

Tramp Epşteyn işinə dair sənədlərin açıq olunmasını təsdiqlədi

BAKI, 20 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən təsdiqlənmiş, maliyyəçi Ceffri Epşteynlə bağlı materialların dərc olunmasını tələb edən qanunu imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri 19 noyabr tarixində "Truth Social" platformasında məlumat verib.

“Mən indi Epşteynlə bağlı materialların dərc olunması qanununu imzaladım”, - Tramp bildirib.

Prezident ümid edir ki, bu, ABŞ-nin müxalif Demokrat Partiyasının üzvlərinin Epşteynlə əlaqələri barədə yeni məlumatların əldə olunmasına imkan yaradacaq.

Qanun layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən çərşənbə günü təsdiqlənib. Tramp əvvəllər onun imzalanmasına hazır olduğunu bildirirdi, eyni zamanda o, bir neçə dəfə qeyd edib ki, bu sənədlərin yayımlanmasını məhz demokratlar istəyir, məqsəd isə “respublikaçıların uğurlarından diqqəti yayındırmaqdır”.

Tramp bildirib ki,

Seçilən
4
1
teleqraf.com

2Mənbələr