Payız fəslində olmağımıza baxmayaraq, Azərbaycanda yağışlı hava müşahidə olunmur. Bəs bunun səbəbi nədir?
Publika.az xəbər verir ki, Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bu barədə "Yeni Sabah"a danışıb.
O bildirib ki, ölkə ərazisində müşahidə olunan mülayim isti hava şəraitinin səbəbi sinoptik şəraitdən asılı olaraq isti hava kütlələrinin cənubdan hərəkət etməsi, cənub-şərq küləklərinin üstünlüyüdür:
"Bu da hava şəraitinin mülayim keçməsinə, temperaturun yüksəlməsinə səbəb olur. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, rayonlarda isə 25 dərəcəyədək yüksəlir. Bakıda və Abşeron yarımadasında havanın orta temperaturu noyabr ayının ötən dövründə iqlim normasından 2.9 dərəcə yüksək qeydə alınıb".