AZ

“Yuventus” “Sanderlend”dən Qranit Cakanı transfer etməyi planlaşdırır

“Yuventus” qış transfer pəncərəsində “Sanderlend”in yarımmüdafiəçisi Qranit Cakanı transfer etməkdə maraqlıdır.

İdman.Biz bu barədə Tuttosport-a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Turin klubu isveçrəli yarımmüdafiəçiyə yüksək qiymət verir və onun liderlik keyfiyyətlərini, texniki bacarıqlarını, fiziki hazırlığını və taktiki biliklərini qeyd edir. Caka ötən yay “Yuventus”a keçə bilərdi, amma bunun əvəzinə İngiltərə Premyer Liqa klubunu seçdi.

Yarımmüdafiəçi bu mövsüm “Sanderlend”də 11 oyuna çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib. “Qara pişiklər” hazırda Premyer Liqanın turnir cədvəlində 19 xalla dördüncü yerdədirlər.

İdman.Biz

Seçilən
46
1
idman.biz

2Mənbələr