AZ

ABŞ Prezidentinin Qarabağ münaqişəsini həll etmə bacarığı Putini təəccübləndirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasındakımünaqişənin həllində göstərdiyi nəticənin Rusiya lideri VladimirPutini heyrətə gətirdiyini bildirib.

Trend xəbər verirki, Tramp bu barədə ABŞ-Səudiyyə Ərəbistanı investisiya forumundaçıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Putin telefon danışığında Vaşinqtonunmünaqişəyə son qoymasına inanmadığını deyib.

"Putin mənə zəng edib dedi ki, inana bilmir ki, mən münaqişənihəll edə bilmişəm. Cavab verdim: İcazə verin, sizin müharibənizi dəhəll edim", – Tramp bildirib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidentiİlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞPrezidentinin iştirakı ilə yeddi bənddən ibarət birgə Bəyannaməimzalayıblar. Bununla yanaşı, hər iki ölkənin xarici işlərnazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqındasazişi paraflayıblar.

Seçilən
20
az.trend.az

1Mənbələr