Uzun müddətdir qələbə üzünə həsrət qalmış futbol üzrə Azərbaycan millisi FIFA reytinqində dörd pillə geriləyib.
Arena.az bu barədə FIFA-nın rəsmi saytına istinadən xəbər verir.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1142,25 xalla hazırda 127-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, komandamız əvvəlki siyahıda 1142,25 xalla 123-cü idi.
Azərbaycan millisi bu ay DÇ-2026-nın seçmə mərhələsində evdə İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, FIFA reytinqinin ilk pilləsində İspaniya yer alıb. Argentina ikinci, Fransa isə üçüncü pillədə yer alıb.
Reytinqin ilk 10 pilləsində bu komandalar qərarlaşıblar:
- İspaniya – 1877,18
- Argentina – 1873,33
- Fransa – 1870
- İngiltərə – 1834,12
- Braziliya – 1760,46
- Portuqaliya – 1760,38
- Niderland – 1756,27
- Belçika – 1730,71
- Almaniya – 1724,15
- Xorvatiya – 1716,88
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!

