AZ

"Özüm üçün əkirdim" - Meşədə 33 kol çətənə yetişdirən şəxsə hökm oxunub

BAKI, 20 noyabr. TELEQRAF

Lerik rayonunun Lərmərud kəndi yaxınlığındakı meşə massivində çətənə əkən şəxsə hökm elan edilib.

Teleqraf xəbər verir ki, 43 yaşlı Sərdar Baxşıyev meşəlik ərazidə 33 ədəd çətənə bitkisi əkib yetişdirib. Axtarış zamanı onun evindən marixuana da aşkarlanıb.

S.Baxşıyev ifadəsində narkotiki şəxsi istifadəsi üçün yetişdirdiyini, özü istifadə etdiyini, evindən tapılan marixuananı da özünün hazırladığını bildirib. O, təxminən iki ildir marixuana istifadə etdiyini etiraf edib.

5 uşaq atası olan təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyərək yüngül cəza təyin olunmasını istəyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərdar Baxşıyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
36
teleqraf.com

1Mənbələr