Dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə pley-off oyunlarının iştirakçılarının yer aldığı səbətlər müəyyənləşib.
Arena.az xəbər verir ki, ABŞ, Kanada və Meksikada keçiriləcək növbəti dünya çempionatına vəsiqə şansını saxlamış komandaların yer aldıqları səbətlərin tərkibi aşağıdakı kimidir:
1-ci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;
2-ci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;
3-cü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;
4-cü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.
Qeyd edək ki, DÇ-2026-nın pley-off mərhələsinin püşkatma mərasimi sabah – noyabrın 20-də baş tutacaq. 1-ci səbətdəki komandalar 4-cü səbətdəki millilərlə, 2-ci səbətdəki yığmalar isə 3-cü səbətdəki ölkələrin təmsilçiləri ilə üz-üzə gələcəklər.
Pley-offun iştirakçıları mundiala vəsiqə uğrunda iki tək matçlıq raund – yarımfinal və final qarşılaşmaları oynayacaqlar. Yarımfinal oyunları martın 26-da, final görüşləri isə martın 31-də keçiriləcək.
Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.

