AZ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Beşiktaş”dan "Barselona"nın futbolçusuna 8 milyon avroluq təklif

Türkiyənin “Beşiktaş” klubu “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegeni heyətinə qatmaq niyyətindədir.

QOL.az xəbər verir ki, Mert Günok və Ersin Destanoğlunun oyun performansından narazı qalan İstanbul təmsilçisi almaniyalı qapıçını 8 milyon avro məbləğində icarəyə götürmək üçün qarşı tərəfə təklif irəli sürüb. “Qara qartallar”ın ulduz futbolçunun maaşını tam qarşılamağa hazır olduğu bildirilir.

Klubun skautinq şöbəsinin direktoru Eduard Qrafın həmyerlisini əsas heyətdə oynamaq zəmanəti ilə razı salmağa çalışdığı da qeyd olunur.

Qeyd edək ki, mövsümün əvvəlində belindən zədələnən və hələ meydana çıxmayan 33 yaşlı qapıçı Kataloniya klubunda indiyədək 422 oyunda 175 dəfə qapısını toxunulmaz saxlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
qol.az

2Mənbələr