Gəncənin dörd saylı şəhər qəbiristanlığında dəfn olunan 19 ispan pilot II Dünya müharibəsi zamanı Moskva və Leninqradın, eləcə də Bakının hava məkanında alman faşizminə qarşı mübarizə aparıb.
Belə ki, həmin pilotların nəşləri əvvəlcə Gəncə şəhərinin köhnə qəbiristanlığında olub, sonra isə şəhərin 4 saylı qəbiristanlığına köçürülüblər.
Həmin pilotlar müharibədən əvvəl Gəncəyə gəliblər. Pilotların əsas məqsədi burada təlimlər keçmək və Bakının səmasının qorunmasında rol oynamaq olub.
Azərbaycan Televiziyasının (AzTV) videomaterialını təqdim edirik: