AZ

İran “Talara” tankerini və 21 nəfərlik heyəti azad edib

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Biz onların ailələrinə məlumat verdik və gəmi artıq normal səyahətinə davam edə bilər"

İran əvvəllər Hörmüz boğazında saxlanılan “Talara” tankerini bütün heyət üzvləri ilə birlikdə azad edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Agentlik gəmi sahibinin nümayəndələrinə istinadən bildirib ki, "İran çərşənbə günü Marşal adaları bayrağı altında üzən tankeri göyərtəsindəki bütün 21 heyət üzvü ilə birlikdə azad edib".

Gəmiyə sahib olan Kipr şirkəti “Columbia Shipmanagement” heyətin "təhlükəsiz və yaxşı əhval-ruhiyyədə" olduğunu bildirib.

Şirkətin sözçüsü bildirib ki, "biz onların ailələrinə məlumat verdik və gəmi artıq normal səyahətinə davam edə bilər".

O həmçinin "gəmiyə, onun heyətinə, menecerlərinə və ya gəmi sahiblərinə qarşı heç bir ittiham irəli sürülmədiyini" açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
ayna.az

1Mənbələr