AZ

Ərdoğan: Rusiya ilə ədalətli sülh təkliflərini müzakirə etməyə hazırıq

"Türkiyə atəşkəsi sürətləndirəcəkədalətli və davamlı sülhün yolunu açacaq təklifləri Rusiya ilə müzakirə etməyə həmişə hazırdır"

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Prezident Ərdoğanın çıxışından əsas məqamları təqdim edirik:

- İstanbul danışıqlarının müharibənin dağıdıcı təsirlərinin getdikcə dərinləşdiyi bir dövrdə diplomatik həll yolu səylərində əhəmiyyətli bir mərhələ olduğuna inandığımızı bildirdim.

- İstanbul prosesinin hərtərəfli və hazırda kəskinləşən problemləri həll edəcək şəkildə həyata keçirilməsinin faydalı olacağına inanırıq.

- Bölgədə qan tökülməsinə son qoymaq istəyən bütün tərəfdaşlarımızın İstanbul prosesinə konstruktiv yanaşma nümayiş etdirməsini gözləyirik.

- İlk növbədə, Türkiyə atəşkəsi sürətləndirəcək və ədalətli və davamlı sülhün yolunu açacaq təklifləri Rusiya ilə müzakirə etməyə həmişə hazırdır.

Seçilən
39
2
teleqraf.com

3Mənbələr