AZ

Prezident Türkmənistandakı Mərkəzi Asiya Məşvərətinə dəvət edildi

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev 2026-ci ildə Türkmənistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə dəvət edilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda bildirilib.

“Hörmətli İlham Heydər oğlu, Sizi gələn il Türkmənistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə əziz qardaş və dost qismində gözləyirik”, - məktubda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
7
unikal.az

9Mənbələr