AZ

İranın qovduğu müfəttişlər ölkəyə qayıtdı

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA)  müfəttişləri İrana qayıdıb.

Globalinfo.az xəbər verir ki, bunu AEBA direktoru Rafael Qrossi açıqlayıb.

Onun sözlərinə görə, müfəttişlər iyun ayında 12 günlük müharibə zamanı zərbəyə məruz qalmayan nüvə obyektlərində təftiş aparıblar.

“İranın Nüvə Silahlarının Yayılmaması haqqında Razılaşmaya tam əməl etməsindən əmin olmaq və nüvə obyektlərində yoxlanışın aparılmasını təmin etmək üçün daha çox işlər görülməlidir”, –  Qrossi bildirib.

O, Tehranla müntəzəm əlaqə saxladığını deyib və İranı AEBA-nın zədələnmiş obyektlərinə, xüsusilə də təcili həll edilməli olan aşağı və yüksək zənginləşdirilmiş uran ehtiyatlarına çıxışı asanlaşdırmağa çağırıb.

Qeyd edək ki, iyun ayında baş verən İran-İsrail müharibəsi zamanı nüvə obyektlərinə endirilən zərbələrdən sonra, İran AEBA-nın müfəttişlərini ölkədən çıxarmışdı.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
globalinfo.az

1Mənbələr