AZ

Mərkəzi Bankın sədri: 2025-ci ildə qlobal iqtisadi mühit çox dəyişkən olub

2025-ci ildə qlobal iqtisadi mühit çox dəyişkən olub. Bu dövrdə qlobal ticarətdə qeyri-müəyyənliklər əhəmiyyətli dərəcədə yüksəlib. Cari ildə qlobal iqtisadi artım nisbətən zəifləmiş və inflyasiya aşağı templərlə azalıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Beynəlxalq Valyuta Fondunun oktyabr hesabatına görə qlobal iqtisadi artımın 2025-ci ildə 3,2, 2026-cı ildə isə 3,1 faiz olacağı proqnozlaşdırılıb. Hesabatda qlobal inflyasiya proqnozu 2025-ci il üzrə 4,2 faiz sabit saxlanılıb, 2026-cı ilə isə 0,1 faiz bəndi artırılaraq 3,7 faiz müəyyən edilib.

Seçilən
21
2
yeniazerbaycan.com

4Mənbələr