
Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ildə Türkmənistana səfərə dəvət edib.
Bu barədə Qurbanqulu Berdiməhəmmədovun Prezident İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı təbrikində deyilir: "Hörmətli İlham Heydər oğlu, sizi dost və qardaş kimi gələn il Türkmənistanda baş tutacaq Mərkəzi Asiya və Azərbaycanın Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə gözləyirik".