AZ

FT: “İranın nüvə desantının Moskvaya gizli səfəri”

AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times (FT)” nəşrinin məlumatına görə, iranlı mütəxəssislərin səfəri Rusiya hərbi tədqiqat mərkəzləri ilə Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatı (SPND) arasında mübadilə çərçivəsində baş tutub. Vaşinqton SPND-ni İran Silahlı qüvvələri ilə əlaqəli və nüvə inkişafında iştirak edən struktur sayır.

“Görüşlər nüvə silahının yaradılması ilə əlaqəli texnologiyalar üzrə Moskvanın Tehranla əməkdaşlıq etmək istəyinin ilk əlaməti olub. ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Cim Lemsonun iddiasına görə, iranlılar nüvə silahı konstruksiyalarını yoxlamadan onu sınaqdan keçirməyə kömək edəcək lazer texnologiyası və bilik axtarırdılar”,- qəzet yazır.

İran öz nüvə proqramının dinc xarakter daşıdığını israr etsə də, MAQATE-nin baş direktoru Rafael Qrossi uranın 60%-ə qədər zənginləşdirilməsinin“pis siqnal”olduğunu və bunun“qeyri-müəyyənlik”yaratdığını deyib.

Nəşr xatırladır ki, İsrail Tehranın nüvə partlayışıqurğusu üçün komponentlər hazırlamağa başladığın əmin olduğuna görə, bu ilin iyun ayında İran obyektlərinə zərbələr endirib. ABŞ prezidenti Donald Tramp da daha sonra belə bir hücum əmri verib.

- Sənədlərdən bəlli olur ki, SPND-nin pərdə kimi istifadə etdiyi “DamavandTec” şirkəti 2024-cü ilin noyabrında bir qrup iranlı mütəxəssisin Sankt-Peterburqa səfərini təşkil edib. Onlar artıq ABŞ sanksiyaları altında olan “Lazer sistemləri” şirkətindəgörüşlər keçiriblər”,- qəzet vurğulayır.

“FT” daha əvvəl diplomatik pasportlardan istifadə edən “DamavandTec” şirkətinin və onun baş direktoru Əli Kalvandın həyata keçirdikləri səyahətlər çərçivəsində analoji əlaqələr yaratdıqlarını bildirmişdi.

Qəzetin iddiasına görə, fevral ayında “Lazer sistemləri” şirkətinin əməkdaşı Andrey Savin İrana səfər edib. O, “DamavandTec” nümayəndələri və SPND ilə əlaqəli şəxslərlə görüşüb.
Oktyabr ayında isə, ABŞ “DamavandTec” şirkətinə və Əli Kalvanda qarşı sanksiyalar tətbiq edərək, onları partlayıcı qurğuların hazırlanması üçün mallar almaq cəhdində və iranlı nüvə mütəxəssislərinin Rusiyaya səfərini asanlaşdırmaqda günahlandırıb.

Karnegi Fondunun əməkdaşı Nikol Qrayeskinin fikrincə, bu məqamlar Moskvanın İrana nüvə tədqiqatlarında və ikili istifadə texnologiyalarının ötürülməsində yardım etdiyinə“güclü sübutdur”. O,belə fəaliyyətlərə hər iki ölkədə “görünür, ən yüksək səviyyədə razılıq verildiyini”düşünür.

Sahil İsgəndərov
AzVision.az


Seçilən
6
1
azvision.az

2Mənbələr