AZ

"10 ayda 74 korporativ istiqraz emissiyası təsdiq edilib"

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 74 korporativ istiqraz emissiyası təsdiq edilib.

FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Bundan başqa, onun sözlərinə görə, 10 ayda qiymətli kağızlar bazarındakı əməliyyatların ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 7 % artaraq 55 milyard manat təşkil edib: "Dövr ərzində dövlət qiymətli kağızları ilə aparılan əməliyyatların dəyəri 8,9 milyard manat olub. ​Hesabat dövründə qiymətli kağızların dövlət qeydiyyatı üzrə 17 milyard manat həcmində emissiya həyata keçirilib", - deyə o qeyd edib.(Report)
Seçilən
7
2
fed.az

3Mənbələr