AZ

“mygov”un həyatınızı bu qədər rahatlaşdırdığı üçün səmimi qəlbdən üzr istəyirik” paylaşımı müzakirələrə səbəb oldu

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “mygov” platformasının yaydığı qeyri-rəsmi üzr sosial şəbəkələrdə müzakirə yaradıb.

 

Pravda.az xəbər verir ki, bu, minnət dolu açıqlama adlandırılıb.

 

Məlumatı təqdim edirik:

 

“Son günlər aldığımız məlumatlara görə, mygov-un rahat rəqəmsal həlləri gözlənilməz yan təsirlər yaradıb.

 

İnsanlar növbəyə durmaq stressini unudub və “onlayn edərəm” deyə-deyə işi son anda, rahat görməyə başlayıblar.

 

Sorğuların, müraciətlərin və rəqəmsal sənədlərin bu qədər tez tamamlanması bəzi vətəndaşları şübhəyə salıb: Həqiqətənmi bu qədər tez həll olundu”

 

Üzərilərində tonlarla sənəd daşımadıqları üçün bəzi vətəndaşlar özlərini narahat, ciblərini boş hiss etməyə başlayıblar.

 

Bəzi istifadəçilər “mygov”da işi saniyələr içində bitirdikdən sonra “bəlkə, başqa hansısa işimi də həll edərəm” deyə tətbiqdə qalmağa davam etdiklərini etiraf ediblər

 

“Yol boyu dövlət qurumuna gedib nə danışacağımı düşünürdüm, indi isə heç həyəcanlanmağa da vaxt qalmır” şikayəti artıb.

 

“mygov”unhəyatınızı bu qədər rahatlaşdırdığı üçün səmimi qəlbdən üzr istəyirik.

 

Amma bilin ki, rahatlıq yaratmağa davam edəcəyik.

 

Hörmətlə, sizin “mygov””.

 

Sonda qurum paylaşımı silib.

 

Aytəkin Qardaşova

Tarix: 19 Noyabr 2025, 16:49   
Seçilən
22
pravda.az

1Mənbələr