Sea Breeze

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) əməkdaşların peşəkar inkişafının dəstəklənməsi və etik idarəetmə mühitinin gücləndirilməsi məqsədilə həyata keçirilən “Korrupsiyaya qarşı mübarizə və etik davranış” təlimləri yekunlaşıb.

Təlim proqramı çərçivəsində açıq məkanda yerləşdirilən reklamların məzmununda etik tələblər, maraqların toqquşmasının qarşısının alınması, məlumatvermə və şikayət mexanizmləri, eləcə də beynəlxalq təcrübələrə dair mövzular təqdim edilib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərlinin rəhbərliyi ilə keçirilən məşğələlərdə iştirakçılar həm nəzəri biliklər əldə edib, həm də praktiki tapşırıqlar üzrə çalışıblar. Tədris prosesinə reklam mətnlərinin etik aspektlər üzrə təhlili, korrupsiya risklərinin aşkarlanması, “etik dilemma” mövzulu rol oyunları və qrup müzakirələri daxil olub. Təlimlərdə ADRA-nın ümumilikdə 60-dan çox əməkdaşı iştirak edib.

Qeyd edək ki, proqram “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilib və Agentlikdə etik davranış mədəniyyətinin və məsuliyyətli idarəçilik prinsiplərinin inkişafına töhfə verir.

Medinex
ETX
Medinex
ETX
Medinex
ETX