ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Türkiyəyə səfərini təxirə salıb.
APA xəbər verir ki, bu haqda amerikalı və ukraynalı rəsmilərə istinadən “Axios” portalı məlumat yayıb.
“Axios” daha əvvəl məlumat vermişdi ki, Uitkoff Türkiyəyə səfər etməyi və Zelenski ilə görüş keçirməyi planlaşdırır.
“Açıqlamaya görə, Uitkoff çərşənbə günü Türkiyədə Zelenski ilə görüşməli idi, lakin o, səfərini təxirə salıb”, – portalın xəbərində bildirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.