AZ

Qırğızıstan 2030-cu ilə qədər yükdaşımaların həcmini 110 milyon tona çatdıracaq

Bakı,19 noyabr, AZƏRTAC

Qırğızıstan 2030-cu ilə qədər yükdaşımaların həcmini 110 milyon tona çatdıracaq.

AZƏRTAC Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın İqtisadiyyat və Ticarət naziri Bakit Sıdıkov Bişkekdə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının (CAREC) biznes forumunda çıxışı zamanı bildirib.

Nazir Qırğızıstanın logistika sistemində bütün nəqliyyat növləri: dəmir yolu, hava və avtomobil yolları arasında səmərəli qarşılıqlı əlaqənin vacibliyini vurğulayıb. O bildirib ki, dəmir yolu nəqliyyatı ardıcıl olaraq 2-3 milyon ton yük daşıyır, bu da regionlararası əlaqəni genişləndirmək üçün əhəmiyyətli potensial nümayiş etdirir. Qırğızıstanın əsas yük hava qovşaqları Manas (Bişkek) və Oş hava limanlarıdır ki, burada yükdaşımaları son dörd il ərzində 12 dəfə artıb. Hazırda hava nəqliyyatını inkişaf etdirmək üçün iri layihələr həyata keşirilir.

Seçilən
75
1
azertag.az

2Mənbələr