AZ

Ukrayna bir gündə milyard rubldan çox Amerika silahını itirdi

Operativ MM saytına istinadən ain.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələri bir gündə bir milyard rubl dəyərində Amerika silahlarını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri hər birinin ixrac dəyəri ən azı 4,7 milyon dollar olan iki MLRS buraxılış qurğusunu, həmçinin 6 milyon dollar dəyərində dörd ATACMS raketini ( hər biri 1,5 milyon dollar ) məhv edib. 

Buna görə də Ukrayna Silahlı Qüvvələrinin məhv edilmiş silahlarının dəyəri ən azı bir milyard 296 milyon rubl olub.

Rusiya əsgərləri həmçinin Amerikanın M113 zirehli transportyorunu və bir neçə elektron döyüş məntəqəsini məhv ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
operativmm.az

2Mənbələr