Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
London, 19 noyabr, AZƏRTAC
Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəldiyi il ölkəni tərk edən britaniyalıların sayı rekord həddə çatıb.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, getdikcə artan vergi narahatlıqları, xüsusən də maliyyə naziri Reyçel Rivzin vergi planları fonunda ölkədən çıxışlar əvvəlkindən qat-qat çox olub. 2024-cü ildə 257 min britaniyalı ölkəni tərk edib. Bu, əvvəlki təxmin edilən rəqəmdən üç dəfə çoxdur. Bu kütləvi axın nəticəsində ümumi miqrasiya səviyyəsi də əhəmiyyətli dərəcədə azalıb.
Milli Statistika İdarəsinin (ONS) yeni məlumatlarına görə, 2021–2024-cü illər arasında ümumilikdə 992 min britaniyalı ölkədən çıxıb. Bu rəqəm əvvəlki hesablamalardan demək olar ki, üç dəfə yüksəkdir. Britaniyalıların ölkəni tərk etməsinin artması hökumətin vergi yükünü yüksəltməsi və qeyri-rezident “non-dom” statusuna qarşı sərtləşdirilmiş qaydaların tətbiqi ilə əlaqələndirilir. Leyboristlər hökuməti bu dəyişikliklərlə təxminən 4 milyard funt əlavə gəlir əldə etməyi hədəfləyir. Gözlənilir ki, gələn həftə R.Rivz dövlət büdcəsi çərçivəsində yeni və genişmiqyaslı vergi artımlarını açıqlayacaq. Ötən il artıq 40 milyard funt dəyərində vergi artımları, o cümlədən milli sığorta ödənişlərinin yüksəldilməsi tətbiq edilmişdi.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.