AZ

Rusiyanın Ternopola hava hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

Kiyev, 19 noyabr, AZƏRTAC

Rusiya silahlı qüvvələrinin səhər tezdən Ukraynanın Ternopol şəhərinə etdiyi raket və dron hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ternopol şəhərinin meri Sergey Nadal məlumat verib. "Ternopol raketlər və “Şahed” raketləri ilə hücuma məruz qalıb. Sənaye obyekti ilə yanaşı, iki yaşayış binası da vurulub. Binalardan birində 104 mənzil, digərində 51 mənzil olub", - Nadal bildirib. Onun sözlərinə görə, binalara ciddi ziyan dəyib. Təəssüf ki, çoxlu ölüm halları var. Hazırda 12 nəfərin öldüyü məlumdur, lakin onların sayının daha çox olacağı ehtimal edilir. 12-si uşaq olmaqla 40-dan çox yaralı xəstəxanalara çatdırılıb. "Xilasetmə əməliyyatları hələ də davam edir. İnsanlar yanğından, zirzəmilərdən və damlardan xilas edilir. Hər kəsə lazımi tibbi yardım göstərilir", - deyə Nadal əlavə edib.

Mer, həmçinin vurğulayıb ki, Rusiyanın hava hücumu nəticəsində yaxınlıqdakı uşaq bağçası və iki məktəbə də ciddi ziyan dəyib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
40
2
azertag.az

3Mənbələr