AZ

Açıq bankçılıq və sandbox təcrübəsi ölkədə innovasiyaları təşviq edəcək - AMB

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə vahid açıq bankçılıqstandartlarının tətbiqinə ilkin addım atmağı planlaşdırır.

Trend xəbərverir ki, bu barədə bu gün AMB-nin Xüsusi tənzimləmə rejiminintəşkili şöbəsinin rəisi Sahib Həsənov IX Beynəlxalq Bank Forumundaməlumat verib.

Onun sözlərinə görə, vahid standartların tətbiqi şəffaflığınartırılmasına və maliyyə sektorunda rəqabətin güclənməsinə imkanverəcək. “Vahid standartlardan əlavə, vahid infrastruktur dayaradılıb ki, bütün təşkilatlar bu infrastruktur üzərindən açıqbankçılıq xidmətlərindən istifadə edə bilsinlər”, – deyə obildirib.

Şöbə rəisi həmçinin, texniki sandbox anlayışına toxunaraq qeydedib ki, innovativ məhsulların inkişaf etdirilməsi zamanıtəşkilatlar AMB-nin xüsusi tənzimləmə rejimi çərçivəsində demoAPI-lərdən istifadə edə biləcəklər. Bu yanaşma beynəlxalqtəcrübədə, o cümlədən Gürcüstanda da tətbiq olunub. Sandboxvasitəsilə lisenziyası olmayan təşkilatlar sintetik məlumatlarlaməhsullarını sınaqdan keçirə və sonrakı mərhələdə real açıqbankçılıq platformasına inteqrasiya edə bilərlər.

O qeyd edib ki, hazırda fokus əsasən hesab nəvumatları və ödənişvasitəçiliyi xidmətlərinin genişləndirilməsinə yönəlib və texnikisandboxun tətbiqi müəyyən mərhələdən sonra aktual olacaq.

Həsənov vurğulayıb ki, açıq bankçılıqda məlumatların qorunmasıəsas prinsiplərdən biridir. Hər iki tərəf – məlumatları təqdim edənvə istifadə edən – müştərini eyniləşdirməli, məlumat paylaşımıyalnız müştərinin razılığı və gücləndirilmiş autentifikasiyavasitəsilə həyata keçirilə bilər. Mərkəzi Bankın texnikiinfrastrukturu üzərindən məlumat mübadiləsi tamamiləşifrələnir.

“AMB finteklərə və banklara bərabər şərait yaradıb ki, onlarmövcud funksionallıqlardan istifadə edərək, tələblərə uyğun yeni vəinnovativ məhsullar təqdim edə bilsinlər”, – Sahib Həsənov əlavəedib.

Məqalədə:
Seçilən
70
az.trend.az

1Mənbələr