ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) noyabrın 190-da gecə saatlarında keçiriləcək mətbuat konfransında ulduzlararası 3I/ATLAS kometasının yeni görüntülərini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, NASA-nın veb-saytında dərc olunmuş açıqlamada deyilir: “NASA noyabrın 19-da, çərşənbə günü agentliyin missiyaları zamanı toplanan ulduzlararası 3I/ATLAS kometasının görüntülərini paylaşaraq canlı yayım təşkil edəcək”.
Məlumatda qeyd edilir ki, 3I/ATLAS astronomlar tərəfindən kəşf edilən üçüncü ulduzlararası cisimdir. Birincisi, 2017-ci ilin payızında kəşf edilmiş "Oumuamua" asteroidi, ikincisi isə 2019-cu ilin avqustunda rus astronomu Gennadi Borisov tərəfindən kəşf edilmiş “2I/Borisov” kometası olub.
NASA bildirib ki, 3I/ATLAS adlanan kometa oktyabrın 29-da Günəşə ən yaxın nöqtə olan “Perihelion”u keçib. Astronomlar hesab edirlər ki, obyekt Günəş sistemimizə aid ola bilməz, əksinə, digər ulduz sistemlərindən yaranıb və müşahidələr tarixində alimlər tərəfindən kəşf edilmiş üçüncü ulduzlararası obyektdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.