AZ

Meliorasiya və baytarlıq tədbirlərinə 709 milyon manat ayrılacaq

2026-cı ilin büdcəsində aqrar sektora ayrılacaq vəsaitin 40 %-i — 490 milyon manatı torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, vəsaitin 18 %-i və ya 219 milyon manatı baytarlıq və digər kənd təsərrüfatı tədbirlərinə sərf olunacaq.

Nazir qeyd edib ki, gələn il aqrar sektora ayrılmalar proqnozlaşdırılan aqrar ÜDM-in 15 %-nə çatacaq və subsidiyalar, kənd təsərrüfatı texnikası, avadanlıqlar, eləcə də suvarma sistemləri üzrə güzəştlər diqqət mərkəzində olacaq.

Əli Hüseynov

Seçilən
24
1
bakivaxti.az

2Mənbələr