Kurasao futbol yığması, tarixi bir nailiyyətə imza ataraq, futbol üzrə Dünya Çempionatına vəsiqə qazanan ən kiçik ölkə olub.
90deqiqe.Az-ın məlumatına görə, cəmi 156 min nəfərdən ibarət olan bu ada dövləti, İslandiya ilə bağlı əvvəlki rekordu sındıraraq, ilk dəfə Dünya Çempionatına vəsiqə qazanıb.
Bu uğurun əldə edilməsində mühüm rolu, təcrübəli mütəxəssis Dik Advokat oynayıb. O, 2024-cü ilin yanvar ayında Küraçao yığmasının baş məşqçisi təyin olunmuşdu.
Bu möhtəşəm nailiyyətin açarını isə, 2026-cı il Dünya Çempionatına vəsiqə əldə etməyə birbaşa təsir edən KONKAKAF zonasının seçmə mərhələsinin 6-cı turunda Yamayka yığması ilə keçirilən oyun açdı. 18-19 noyabr gecəsi, Yamaykanın paytaxtı Kinqston şəhərindəki "Park İndependens" stadionunda baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatdı. Bu nəticə, Kurasao milli komandasını birbaşa 2026-cı il Dünya Çempionatına vəsiqə qazandırdı.